Maqazİn

Nazənindən şillə kimi sözlər: “Telekanallarda əxlaqsızlara “xanım-bəy” deyə müraciət edirlər - VİDEO

Nazənindən şillə kimi sözlər: “Telekanallarda əxlaqsızlara “xanım-bəy” deyə müraciət edirlər - VİDEO
 Əvvəllər əxlaqsızlıq edənləri insanlar qınayırdılar. Belələrinə "bu kənddən çıx, səni görməyək” deyirdilər. İndi çıraqla gəzsən də, normal insan tapa bilmirsən.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva deyib.

Sükan arxasında əyləşən sənətçi bildirib ki, onu son dönəmlərdə narahat edən əxlaqsız şəxslərə xanım, bəy, müəllim kimi sözlərlə müraciət edilməsidir. N.Salayeva bunun günahını televiziyalarda gördüyünü açıqlayaraq, fikirlərini belə davam etdirib: 

 

"Bunu ən çox televiziya kanalları edir. Əxlaqsıza xanım deyə müraciət edirlər. Sən xanım kəlməsini gəlininə də, bacına da deyirsən. Əxlaqsız kişiyə bəy, müəllim deyə müraciət edirlər. Olmaz, bu, yolverilməzdir! Pedaqoqa, akademika də müəllim deyirlər. Bu nə dərəcədə düzgündür? Geni elə biz xarab edirik. Bunlar da elə zənn edirlər ki, düz hərəkət edirlər. Bilmirsən nə deyəsən? Danışanda da deyirlər ki, özünü reklam edir”.

Nazəninin qalmaqallı çıxışını onunla avtomobildə yanaşı əyləşərək lentə alan müğənninin sənət yoldaşı Afət Fərmanqızı "Instagram” hesabında paylaşıb. O, Salayevanın bu çıxışına "Həmkarımın bu çıxışı ilə tamamilə razıyam”, - deyərək mövzuya qısa reaksiyasını bildirib. 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031