Cəmİyyət

Nazir Ucar Gənclər Evinə direktor təyin etdi

Nazir Ucar Gənclər Evinə direktor təyin etdi
 Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Elamin Muhuma oğlu Dibirov Ucar Gənclər Evinin direktoru təyin olunub. 

Sfera.az xəbər verir ki, Elamin Dibirov bu təyinata qədər Qaradağ Gənclər Evində metodist – mədəni kütləvi tədbirlər üzrə menecer vəzifəsində çalışıb. E.Dibirov ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsindən başlayaraq daha sonra turizim sahəsində "Trend Travel”-da icraçı direktor, "Gənclərin Sosial Tərəfdaşlıq Mərkəzi” İctimai Birliyində regionlarla iş üzrə katib, "Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyində təlim mərkəzinin rəhbəri kimi vəzifələrdə çalışıb. E.Dibirov Türkiyənin İstanbul, Ankara, Latviyanın Riqa, Litvanın Vilnus, Ukraynanın Kiyev və Polşanın Varşava şəhərlərində müxtəlif təlim, seminar və konfranslarda iştirak edib. Yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub.
 
Qeyd edək ki, Ucar Gənclər Evinin ərazisi 2072 kv metrdir və 6 oktyabr 2015-ci ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Ucarda olan 24 min 200 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Ucar Gənclər Evində trenajor, bilyard, stolüstü tennis, oyun aparatları, boulinq, 7D kino zalı və tir kimi xidmətlər mövcuddur.

2 iyun 2020-ci il tarixində Elamin Dibirov Ucar Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031