Krİmİnal

Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi - Səbəb

Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi - Səbəb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunu məhkəməyə verib

Sfera.az-ın məlumatına görə, aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin şikayətinə baxılacaq. 

Belə ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Səfərov Eldar Sabir oğlu pensiyasının yenidən hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib və cavabdeh qismində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınıb. Fevral ayının 28-də isə məhkəmə Eldar Sabiroğlunun xeyrinə qərar çıxarıb. Bundan sonra fond apellyasiya şikayəti verib. (yeni sabah)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X