Cəmİyyət

Nazirlikdən növbəti 190 manat qalmaqalına MÜNASİBƏT - FOTO

Nazirlikdən növbəti 190 manat qalmaqalına MÜNASİBƏT - FOTO
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın müraciət etmədiyi halda ona 190 manatlıq birdəfəlik ödəmənin təyin olunması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, müraciəti həmin vətəndaşın adından bacısı edib:

"Elnarə Məmmədova adlı şəxs "Facebook” səhifəsində birdəfəlik ödəmə alanların siyahısında onun da olduğunu görüb və müraciət etmədən ona ödəniş təyin edildiyindən təəccübləndiyini, hətta şoka düşdüyünü yazır. Dərhal araşdırdıq. Məlum oldu ki, xanımın bacısı Almaz Məmmədova onun şəxsiyyət vəsiqəsi məlumatı əsasında müraciət edib, öz əlaqə nömrəsini daxil edib. Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib.

Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir".

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031