İdman

"Neftçi" kapitanı ilə 3 illik müqavilə imzaladı - RƏSMİ

 "Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək.

Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031