İdman

Nəriman Abbasov çempionluq kəməri üçün Rusiya döyüşçüsü ilə qarşılaşacaq

Nəriman Abbasov çempionluq kəməri üçün Rusiya döyüşçüsü ilə qarşılaşacaq

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov "Fight Nights Global" çempionluq kəmərini qorumaq üçün ilk görüşünü keçirəcək.

Sfera.az-ın report-a isttinaddla məlumatına görə, "TT Fıght Club" və Qəbələ İdman Klubunun təmsilçisi Rusiyanı təmsil edən Mixail Qogitidze ilə üz-üzə gələcək. Qarşılaşma aprelin 18-də Moskvada "Fight Nights Global 98" turniri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, döyüşçülər indiyədək bir dəfə qarşılaşıblar. 2018-ci ilin oktyabrına təsadüf etmiş görüşdə Nəriman Abbasov qələbə qazanıb. Düyüşçü turnirə hazırlığı məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında keçib. Toplanışlar Abdulmanap Nurmaqomedov adına Akademiyada və Tailanddakı "Tiger Muay Thai MMA" düşərgəsində baş tutub.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930