Cəmİyyət

Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar onlayn tədbir keçirilmişdir

Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar onlayn tədbir keçirilmişdir
 Uşaqların sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri keçirilir. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 100-dən artıq istedadlı uşaqlarının iştirakı ilə onlayn tədbir keçirilmişdir. Uşaqlar şeir və mahnılar ifa etmiş, rəqslər edərək şənlənmişlər. Rayon İcra Hakimiyyətinin könüllüləri də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon ərazisində yerləşən park və bağlarda uşaqlarla maarifləndirmə işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyyə edərək onlara tibbi maskalar və digər hədiyyələr təqdim etmişlər. Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə bayram sovqatı aparılmışdır.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031