Cəmİyyət

Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir

Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
 
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının
Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 
respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı
qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir. 
Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və
məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin
girişlərində, inzibati binalarda, ümumi istifadə olunan yerlərdə və liftlərdə sanitar-
təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici  işlərinə başlanılmış,   bu işlərin
virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur. 
Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930