No image
Cəmİyyət

Nəsimi rayonunda növbəti sosial aksiya keçirilib

Nəsimi rayonunda növbəti sosial aksiya keçirilib
 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə qarşıdan gələn faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən növbəti sosial aksiya keçirilib.

Sfera.az xəbər verir ki, aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930