Cəmİyyət

Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib - Fotolar

Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib - Fotolar
 Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib. 

Sfera.az xəbər verir ki, aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. (qafqazinfo.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031