Cəmİyyət

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş  tədbir keçirilib
 
Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti və Tibb
Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə
həsr olunmuş tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP
Siyasi Şurasının üzvü Asif Əsgərov, ATU-nun rektoru, professor Gəray
Gəraybəyli, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,
Millət vəkilləri Ziyad Səmədzadə, Asim Mollazadə, Məlahət İbrahim qızı, Rafiq
Məmmədhəsənov, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı
ilə baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər
qoyulmuşdur.
Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra tədbir iştirakçılarına dahi şəxsiyyətin həyat və fəaliyyətindən
bəhs edən videoçarx təqdim edilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli
Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin
qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz
şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər
Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara,
xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.
 
Rektor G.Gəraybəyli Azərbaycanda səhiyyə sahəsinin inkişafı və peşəkar tibbi
kadrların hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu xatırladıb:
"Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib.
Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları,
xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin,
uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik
qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”. Rektor G. Gəraybəyli ATU-
nun stomatoloji və onkoloji klinikalarının Ümummilli Lider Heydər Əliyevin
böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdırıb.Qeyd edib ki, Heydər
Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə universitetin
çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa edilib. Bu tibb müəssisələri ən
müasir avadanlıqla təchiz olunaraq, əhaliyə dünya standartlarına uyğun səviyyədə
tibbi xidmət göstərir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər
Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik
rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

 A. Əsgərovun çıxışına davam edərək bildirdi ki, bu gün Azərbaycanda
iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan
nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: "Ümummilli Lider Heydər
Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin
gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər
Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük
ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya
xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.
Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı
çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki,
belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların
qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu
öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından
danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış
məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq,
görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır.
Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə
qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı
gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca
tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı
yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu
gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident
İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə
ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.
Tədbir daha sonra Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundovanın
rəhbərliyi ilə Akademiyanın tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.
Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və
musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə
qarşılanmışdır.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31