No Image
No Image

Növbəti stansiya “11 may”? – Bakı metrosunun açılacağı tarixlə bağlı FƏRQLİ AÇIQLAMALAR

Növbəti stansiya “11 may”? – Bakı metrosunun açılacağı tarixlə bağlı FƏRQLİ AÇIQLAMALAR

"Bu məsələ bizim səlahiyyətimizdə deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri mayın 4-dən etibarən bir çox sahələrin işə başlaması ilə əlaqədar sərnişin nəqliyyatında sıxlığın yaranması ilə bağlı metropolitenin fəaliyyətinin nə zaman bərpa ediləcəyi məsələsinə toxunarkən Bakı Metropoliteni QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib:


"Bu Metropolitenin səlahiyyətinə aid olan məsələ deyil. Metropolitenin fəaliyyəti pandemiya ilə əlaqədar dayandırılıb. Koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Odur ki, virusun yayılma xüsusiyyətlərini, səviyyəsini və bundan irəli gələn vəzifələri adıçəkilən qurum müəyyənləşdirdiyindən Bakı Metropoliteninin fəaliyyətini nı zaman bərpa edəcəyi də həmin qurumun səlahiyyətindədir”.


Metropoliten rəsmisi əlavə edib ki, fəaliyyətlərinin bərpası peşəkar mütəxəssis araşdırması tələb etdiyindən yekun qərarı da Operativ Qərargah verəcək: "Real durumla bağlı yalnız onlarda təfərrüatlı informasiya olduğundan operativ və düzgün qiyməti də onlar verə bilər. Bizim üzərimizə düşən isə metropolitenin işlək vəziyyətdə olmasını hər zaman qoruyub saxlamaqdır ki, qərar veriləndən sonra ən qısa müddətdə fəaliyyəti bərpa edək. Sərnişindaşımanın dayandığı aprel ayının 1-dən strukturun optimal səviyyədə qorunmasını təmin edirik. Qərar veriləcəyi andan metropoliten də öz işini ona uyğun quracaq”.


"Mayın 11-dən sonra metropolitenin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər”

Bunu isə sayta açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib: "Yaxın dövrdə metropolitenin fəaliyyətinin bərpa ediləcəyini gözləmirəm. Bu ölkədə olan vəziyyətdən asılıdır. Koronavirusla bağlı vəziyyət stabilləşsə, bu barədə fikirləşmək olar. Amma hələlik buna risk etmək olmaz. Yəqin ki, metropolitenlə bağlı məsələyə may ayının 11-dən sonra baxıla bilər”.

 

 

Elçin

Sfera.az

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank özəl həyata müdaxilə edir – Dollar alışı nəzarətinə ETİRAZ

Mərkəzi Bankın (MB) bu addımı qara bazarın artmasına səbəb olacaq. Bundan əlavə, ölkədə ikili məzənnə sistemi yaranacaqsa, bu hal mal və xidmətlərin bahalaşma...

“Operativ Qərargah günahkardır, onların səhvi ucbatından..." – Ekspertdən SƏRT AÇIQLAMA

"Operativ Qərargahın bundan əvvəl yumşalma istiqamətində atdığı addımların ardıcıllıq və məntiq pozuntuları insanların virusa münasibətdəki davranışında cidd...

Sabahdan sərt karantin rejimi TƏTBİQ EDİLƏCƏK? - RƏSMİ AÇIQLAMA

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Sfera.az xəbər verir ki...

Azərbaycanda ən bahalı avtomobil nömrəsi kimə məxsusdur? - FOTOLAR

"Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədovun oğlu Rəşad Məmmədov bahalı avtomobil həvəskarı imiş. Sfera.az-ın məlumatına görə, Rəşad Məmmədovu...

Sərt karantin qadağasının ev itlərinə aid edilməməsi doğrudurmu? – Deputatdan “baytar deyiləm” AÇIQLAMASI

"İtlərin bu dövrdə küçələrdə gəzdirilməsinə əslində ehtiyac yoxdur”. Sfera.az-a açıqlamasında bu sözləri sərt karantin dövründə itlərin müəyyən yerlərdə...

Mədəniyyət nazirinin kim olacağlı bilindi – BU TANINMIŞIN ÖVLADI...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində həyata keçirdiyi anti-korrupsiya əməliyyatının ardından istefaya göndərilən mədəniyyət naziri Əb...