İdman

Nurməhəmmədov rəqibinin kəmərini təpikləyərək kənara atdı - VİDEO

Nurməhəmmədov rəqibinin kəmərini təpikləyərək kənara atdı - VİDEO
 Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov rəqibi Toni Ferqyusonun kəmərini təpikləyərək kənara atıb.
 
 Sfera.az xəbər verir ki, Nyu-Yorkda mətbuat konfransından sonra ənənəvi "baxışlar mübarizəsi” zamanı Toni Ferqyuson özünün çempionluq kəmərini döşəməyə qoyub və deyib:
 
"Mənim kəmərimə qarşı sənin kəmərin”.
 
Rusiyalı döyüşçü buna cavab olaraq rəqibinin kəmərini təpiyi ilə səhnədən atıb.
 
Bundan sonra tərəfdarları idmançıları səhnənin müxtəlif tərəflərinə çəkib.
 
Qeyd edək ki, Nurməhəmmədov aprelin 19-da UFC turnirində Toni Ferqyusonla qarşılaşacaq.
 
(oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930