No image
AKTUAL

“Ordumuz haqqında hər kəs məsuliyyətlə danışmalıdır" - Hərbi ekspert

“Ordumuz haqqında hər kəs məsuliyyətlə danışmalıdır
"Düşmən tərəfi çalışır ki, Azərbaycan Ordusu haqqında xoşagəlməyən məlumatlar yaysın. Lakin bizim ordumuz kifayət qədər güclü və peşəkardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Sosial Rifah Tədqiqatlar İctimai Birliyinin rəhbəri, hərbi ekspert Əkrəm Bəydəmirli deyib.

O, Ermənistan tərəfinin Azərbaycan Ordusu haqqında yaydığı neqativ məlumatların düşmənin məkrli siyasətinin davamı olduğunu bildirib: " Ermənilər Azərbaycan mediasını izləyirlər. Dəfələrlə qeyd etmişik, ordumuzun təminatı yüksək səviyyədədir. Hər bir Azərbaycan vətəndaşı  əsgərimizə güvənir. Ona görə də düşmən müxtəlif təxribatlara, o cümlədən yalan informasiya yaymaq taktikasına əl atır".

Ə.Bəydəmirli hesab edir ki, hərbi sahədən yazan jurnalistlər xüsusi hazırlıq keçməlidirlər: "Onlar üçün maarifləndirici vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir. Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən  yazan  jurnalistlərin peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin  icrasına ehtiyac var.
 


Eyni zamanda müharibə  şəraitində  media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların koordinasiyasının təşkili aktuallıq kəsb edir.

Ordu ilə bağlı dəqiq olmayan informasiyaların qarşısını almaq üçün mütəmadi monitorinqlərin keçirilməsi zəruridir. 

Heç şübhəsiz ki, hərbdən yazan jurnalist ən azından elementar səviyyədə hərbi biliklərə sahib olmalı və ekstremal şəraitdə necə davranmağı bilməlidir".

Hərbi ekspert Azərbaycan Ordusu barədə yalan məlumat yayan ehtiyatda olan bəzi hərbçilərə çağırış edib: "Milli Ordumuz haqqında hər kəs məsuliyyətlə danışmalıdır".

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930