Gündəm

“Ordumuz üçün düşməndən qisas almaqdan müqəddəs amal ola bilməz” - Elnur Allahverdiyev

“Ordumuz üçün düşməndən qisas almaqdan müqəddəs amal ola bilməz” - Elnur Allahverdiyev
 

"Bugün Azərbaycan Silahlı Qüvvələri özünün şəxsi heyətinin hazırlığı və sayı, texniki təminatı, istifadə etdiyi silahların müasirliyi, büdcəsi ilə dünyanın ən qabaqcıl ordularından biridir. Təsadüfi deyildir ki, son illərdə ordumuz bir sıra nüfuzlu reytinqlərdə layiqli yerini tutur. Ordudan danışarkən biz xüsusilə hərbi-sənaye kompleksini qeyd etməliyik. Müasir orduları milli hərbi sənayesiz təsəvvür etmək çətindir. Bu baxımdan hesab edirəm ki, Prezident cənab İlham Əliyevin Azərbaycan ordusunu müasirləşdirmək istiqamətində həyata keçirdiyi islahatlar sırasında milli hərbi sənayemizin yaradılmasının xüsusi yeri var”.

 

Bunu Modern.az-a 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününü şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

 

Deputatın sözlərinə görə, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü elan olunub. Əslində isə müasir Azərbaycanın ordu quruculuğu prosesi ümummilli liderin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə başlayıb.

 

"Biz xatırlayırıq, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Ermənistan özünün xaricdəki havadarları və mütəşəkkil terrorçu qruplarının vasitəsilə Azərbaycan torpaqlarını işğal etməyə, xalqımıza qarşı soyqırımını həyata keçirməyə başladı. Rayonlarımızın işğalının əsas səbəblərindən biri də ordusuz olmağımız idi. Birinicisi, biz müharibəyə hazır deyildik, ikincisi isə nizami ordu quruculuğu prosesində gecikmişdik” – deyən E.Allahverdiyevin sözlərinə görə, nizamsız, vahid mərkəzdən idarə olunmayan, təlim keçməmiş, təəssüf ki, bir çox hallarda başıpozuq hərbi qruplaşamalarla müharibə etmək mümkün deyildi və bu reallıq özünü torpaqlarımızın işğalında da biruzə verdi.

 

E.Allahverdiyev hesab edir ki, Azərbaycan ordusu faktiki olaraq müahribə şəraitində formalaşıb, çünki atəşkəsin mövcudluğu hələ sülh demək deyil:

 

"Atəşkəs haqqında razılıq imzalanandan bugünədək təmas xəttində övladlarımız şəhid olur, silahlı qarşıdurmalar meydana gəlir. Hərbi toqquşmalar dəfələrlə bir neçə gün davam edib və miqyasına görə sadəcə atışmadan daha iri olub, tək aprel döyüşlərini xatırlamaq kifayətdir. Bu isə artıq müharibə deməkdir. Ordumuz bax belə bir şəraitdə formalaşıb və bu quruculuq prosesi davam edir. Bunun öhdəsindən isə hər dövlət gələ bilmir”.

 

Deputatın sözlərinə görə, ordu maliyyə baxımından bahalı anlayışdır, müasir silahlı qüvvələrin yüksək maddi təminatı onun hazırlığı prosesində mütləq şərtdir. Məhz buna görə də, Prezident cənab İlham Əliyev bu amilə çox ciddi önəm verir: "Dövlət başçısı ilk gündən ordunun maddi təminatını yeni səviyyəyə qaldırmağı başlıca tələb kimi qoyub. Bugün bizim silahlı qüvvələrimizin büdcəsinin düşmən ölkənin dövlət büdcəsindən böyük olması bunun sübutudur”.

 

Deputatın fikrincə, bu proses daimi və davamlı olmalıdır, çünki dünya çox sürətlə dəyişir və ordunun müasirləşməsi də bu kontekstdə unudula bilməz.

 

"Bugün ordumuz bizim təhlükəsizliyimizin başlıca qarantıdır. Dünyada cərəyan edən proseslər, xaraktercə yeni təhlükə və çağırışlar baxımından, "hərb maşını”mızın davamlı olaraq müasirləşdirilməsi, yeni növ silahlarla təminatı işğala məruz qalmış dövlət və xalq olaraq bizim üçün çox vacibdir. Hazırda ordumuzda istifadə olunan hərbi texnika, sınaqdan çıxarılan yeniliklər, müasir hərb elminə uyğun təlimlər, hərbçilərimizin yüksək hazırlığı və vətənpərvərlik ruhu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədi həyata keçirməyə hazırdır və qadirdir” – deyən E.Allahverdiyev 2016-cı ilin aprel döyüşlərinə də bu müstəvidə baxmağı düzgün sayır.

 

Çünki ordumuzun bu qələbəsi Ermənistanla müharibədə yeni hərbi səhifə açmaqla yanaşı, həm də siyasi, diplomatik və ideoloji cəbhədə də Azərbaycanı üstün mövqeyə çıxardı:

 

"Biz işğal altında olan torpaqlarımızı qaytarmalıyıq. Bu, Azərbaycan Ordusu qarşısında, hər bir hərbçimiz, əsgərimiz üçün ən mühüm stimuldur. Ordumuz üçün xalqımıza qarşı amansız davranmış düşməndən qisas almaq kimi müqəddəs amal ola bilməz. Yüksək səviyyəli təminat, maddi-texniki baza, xalqımızın dəstəyi ilə ordumuz bu məqsədinə mütləq çatacaq”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031