Sağlıq

Çox oturmaq hemoroid yaradırmı? - Professordan ilginc AÇIQLAMA

Çox oturmaq hemoroid yaradırmı? - Professordan ilginc AÇIQLAMA

Cəmiyyətdə geniş yayılmış hemoroid xəstəliyinin müalicəsinin gecikməsi xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Yalnış qidalanma hemoroid xəstəliyinin ortaya çıxması və irəliləməsinin ən vacib səbəblərindən biridir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Bülent Menteşin sözlərinə görə, hemoroid xəstəliyi insanların böyük əksəriyyətində rast gəlinən xəstəlikdir. Bu xəstəliyin müalicəsində xəstənin prosesdə iştirakı böyük əhəmiyyət daşıyır. Əvvəla, bəzi səhv pəhriz və tualet vərdişlərini düzəltməliyik.

Bu xəstəlikdən əziyyət çəkənlər,zeytun yağı, tərəvəz və balıq əsasında pəhriz saxlamalıdır. Xəstələr mütləq gündə bir dəfə evdə, eyni zamanda səhər tualetə getməlidirlər. Tualetdən sonra duşa girərək isti su ilə yuyunmalıdırlar. Hemoroid xəstəliyi olmayanlar da bunu etməlidirlər. Bütün bunlara baxmayaraq, xəstəlik meydana gəldikdə, mümkün qədər qeyri-cərrahi müalicə ilə həll yollarını tapmalıyıq.

Professor əlavə edib ki, bu xəstəliyin yayılma trayektoriası qadın və kişilərdə bərabərdir.Lakin son zamanlar xüsusilə gənc yaşlarda olan şəxslərdə özünü biruzə verir. Bununda səbəbi vaxtlı-vaxtında qidalanmamaq, stres altında yaşama kimi təsirlərdən irəli gəlir.

"Uzun müddət oturmaq hemoroidə səbəb olmur"

 

Doktor, xüsusilə xalq arasında məşhur olan uzun müddət oturmağın bu xəstəliyi yaratdığına dair fikirlərin doğru olmadığını bildirib. Bununla doğruluğu ilə bağlı təsdiqini tapan heç bir elmi araşdırma yoxdur.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031