Sİyasət

Partiya sədri koronavirusa yoluxub - Xəstəxanaya yerləşdirildi

Partiya sədri koronavirusa yoluxub - Xəstəxanaya yerləşdirildi
Sabiq deputat, Yurddaş Partiyasının sədri Mais Səfərli koronavirus infeksiyasına yoluxub.
 
Sefra.az-ın məlumatına görə, bu barədə onun bacısı Gülayə Quliyeva bildirib.

Onun sözlərinə görə, Mais Səfərli hazırda Neftçilər Xəstəxanasında müalicə olunur.

"Sağ olsun dövlətimiz, həkimlərimiz əllərindən gələni edirlər, amma bu elə bir xəstəlikdir ki, hər şeydən öncə ümidimiz Allaha və dostların dualarınıdır”,-deyə G.Quliyeva bildirib.

Əslən Qubadlıdan olan Mais Səfərlinin Qubadlı şəhəri işğaldan azad edilən zaman səssiz qalması da onun xəstəxanada olması ilə bağlıdır.

"Mais müəllimin bu gün səsi niyə çıxmır?- deyən dostlara, jurnalistlərə çox təəssüf hissilə bildirirəm ki, dünyanı ağuşuna alan COVID-19 bizim də ailədən yan keçmədi və qardaşım bu xəstəliyə yoluxdu”,- G.Qiliyeva bildirib.

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031