No Image
No Image

Paşinyan arvadını generalların yanına niyə göndərdiyini AÇIQLADI

Paşinyan arvadını generalların yanına niyə göndərdiyini AÇIQLADI

Ermənistan baş naziri Nikol Paşinyan özü həyat yoldaşı Anna Akopyana "Qarabağ müdafiə ordusu” qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.

Bu barədə Paşinyan Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlamalarına münasibət bildirərkən deyib.

"Həyat yoldaşım mənim göstərişimlə Xankəndində generalları ziyarət etdi. Ermənistanın baş nazirinin ailə üzvünün səfərini hərbçilər dəstəkləməli və ruh yüksəkliyi yaratmalı idi. Həyat yoldaşım Xankəndindəki sığınacaqlarda qida və su paylanması ilə şəxsən məşğul olurdu.

Kim söylədi ki, baş nazir ailəsinin üzvü mülki əhalinin 70% -nin tərk etdiyi şəhərdə olmalıdır? Məgər bombardman altında olan Xankəndi Baden-Baden kurortuna bənzəyirdi?”.

Paşinyan təmas xəttinin cənub istiqamətindəki hərbi əməliyyatların uğursuzluğunda Akopyanın günahkar olduğunu bildirib: "Cəbhənin cənub istiqamətində iflasa uğrayan general, bir neçə il əvvəl müdafiə nazirliyinin büdcəsindən 42 milyon pul mənimsənilməsi səbəbiylə başladılan cinayət işində ittiham olunduğunu unudaraq mətbuat konfransı keçirir”.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan komanda məntəqəsinə Anna Akopyanın gəlməsindən danışmışdı: "Monitorda oturub döyüşün qeydinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq sual vermədi və heç nə demədi. General ona yaxınlaşdı və dedi ki, burada olmamalısan. Akopyana görə, bu hadisədən sonra Paşinyanın adından onun Qarabağ "müdafiə ordusunun” komanda məntəqəsinə gəlməsi qadağan edilib".

Xatırladaq ki, məlum açıqlamalarından sonra M.Akopyana cinayət işi açılıb. (virtualaz.org)

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin TƏFƏRRÜATLARI + FOTOLAR

Yanvarın 22-də Gvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, hücumda...

“Avtomobili əlindən alınan şəxsə...” – Köhnə maşınlar iki il ərzində tamamilə ləğv ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə Azərbaycanda köhnə avtomobillər utlizasiya ediləcəyəni bildirib. ...

2858 şəhid, 2858 xalça...- Dillər əzbəri olmuş xalçaların hazırlandığı məkandan REPORTAJ

İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizə ümumxalq sevgisi ən müxtəlif formalarda təzahür edir. Hər kəs imkanları daxilində şəhidlərimizlə bağlı n...

Şuşaya getmək istəyənlərin nəzərinə – Avtobuslar bu rayonlardan çıxacaq + RƏSMİ

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmə...

Paşinyanla erməni nazir arasında Şuşa mübahisəsi: “Əhalisinin 90 faizi türkdür…”

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər.  Sfera.az xəbər verir ki, bu barədə  erməni med...

Vaksinasiya pasportu olmayanlar restoranlara buraxılmayacaq? – “Bu qaydanın tətbiqi çox vacibdir”

Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək. Xatırladaq ki, bəzi ölkələr əcnəbiləri məhz bu pasporta əsasən qəbul edə biləcə...