Dünya

Paşinyan kömək istədi, Rusiya müsbət cavab vermədi

Paşinyan kömək istədi, Rusiya müsbət cavab vermədi
 Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistana yardım göstərilməsi ilə bağlı məsləhətləşmələr məsələsinə dair müraciətinə cavab verib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

Nazirlik qeyd edib ki, toqquşmalar ancaq birbaşa Ermənistan ərazisinə keçərsə, Moskva İrəvana bütün lazımi yardımı göstərməyə hazır olacaq.

"Müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana bütün lazımi köməkləri göstərəcək", - deyə qeyd olunub.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30