Dünya

Paşinyan Putinə məktub yazıb kömək istədi

Paşinyan Putinə məktub yazıb kömək istədi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktib yazıb.

Sfera.az erməni mediasına istinadən bildirir ki, Paşinyan məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib. Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli "Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib. Ermənistan XİN-in məlumatına görə, N.Paşinyan məktubunda Qarabağdakı vəziyyətdən detallı şəkildə bəhs edib, həmçinin Azərbaycan və Türkiyə əleyhinə ittihamları sıralayıb.

O, xatırladıb ki, imzalanan müqavilənin ikinci bəndində bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı ilə bağlı qarşılıqlı öhdəlik götürmələri barədə müddəa əksini tapır.

Beləliklə, "Sorosun yetirməsi”olan Paşinyan Rusiya prezidentinin Qarabağla bağlı iki gün əvvəlki obyektiv çıxışından sonra yenidən ona müraciət etməyə qərar verib. Ancaq Putin bundan əvvəl də xatırlatmışdı ki, müharibə Azərbaycan ərazisində gedir. Bu mənada Paşinyanın ərazi bütövlüyü, təhlükəsizliklə bağlı şivən salması da erməni həyasızlığının növbəti nümunəsidir.

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031