Cəmİyyət

"Pepsi" qabında dezinfeksiya edilməsi ilə bağlı açıqlama

Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda ("Pepsi" qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub:

"Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir". (report)


 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930