Maraqlı

Pilot qız dostuna təyyarə havada olarkən idarəni öyrətdi - VİDEO

Pilot qız dostuna təyyarə havada olarkən idarəni öyrətdi - VİDEO

Rusiyada pilot Yakutiyadandan Bataqaya uçan təyyarəni qız dostuna həvalə edib.

News.ykt.ru portalının yaydığı məlumata görə, bu barədə videonu həmin qız özü sosial şəbəkələrdə paylaşıb.

Videodan görünür ki, bir pilot dostuna təyyarəni necə idarə etməli olduğunu havada olarkən öyrədir.

Məlumata görə, təyyarə "İrAero” aviaşirkətinə məxsusdur. 

Videoda pilotun "təcrübəçi”sinə bu əmrləri necə verdiyi eşidilir: "Geri, indi sağa. İndi sükanı buraxa bilərsiniz. İndi geri çevirin!”

"Təcrübəçi” qız sosial şəbəkələrdə tənqidlərdən sonra videonu silib və hesabını bağlayıb.

Aviaşirkət isə hadisənin onlara məxsus təyyarədə baş verdiyinə şübhə etdiyini açıqlayıb. Bu ərəfədə mühərrikində nasazlıq olan SSJ-100 təyyarəsi Tümendə təcili eniş edib. Araşdırmalar davam edir. (oxu.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31