Cəmİyyət

Politoloq: “Ermənistan Avropadan ciddi zərbə alıb” - RƏY

Politoloq: “Ermənistan Avropadan ciddi zərbə alıb” - RƏY
 

"Azərbaycanda koronavirusa yoluxanların sayının artması karantin tədbirlərinin riayət edilməsini diqtə edir. Əhalisinin sayı Azərbaycandakından ən azı 3 dəfə az olan Ermənistanda durum daha ağırdır və bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyan da etiraf edir. Ermənistanda virusa yoluxma mart və aprel ayı ilə müqayisədə 13 dəfə artıb. Bu, kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər”.

Bunu "Report”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, virusa yoluxan Nikol Paşinyan iyunun 2-də açıq havada keçirdiyi brifinqdə hazırki vəziyyətdən çıxış üçün əhaliyə iki variant təklif edib:

"O birinci variant üçün deyib ki, insanlar kütləvi surətdə karantin tədbirlərinə ciddi riayət edir və Ermənistan indiki ağır vəziyyətdən tədricən çıxmağa başlayır.

Paşinyan ikinci variant üçün isə bunları deyib: "Qaydalara riayət edilməyəcəyi halda yenidən məhdudlaşdırma tədbirlərinə baş vurmaq məcburiyyətində qalacağıq. Bu isə epidemiya ilə əlaqədar onsuz da dərin böhrana yuvarlanan iqtisadiyyatımızın və sosial durumumuzun fəlakətə sürüklənməsi deməkdir. Dövlətin imkanlarının sərhəddi var, vəziyyətlə bağlı yenə qapansaq uzun illər ağır iqtisadi durumdan qurtula bilməyəcəyik”.

E.Şahinoğlunun fikrincə, Nikol Paşinyan erməniləri seçim qarşısında qoysa da baş naziri eşidən azdır: "Buna misal kimi Paşinyan Ermənistanın şəhərlərindən birində köhnə avtobusa doluşan sakinlərin şəkillərini göstərib. Həmin şəkildə zavoddan çıxan maskasız ermənilər bir-birlərini sıxaraq avtobusa doluşurlar. Daha sonra yayılan xəbərə görə həmin zavod 3 günlüyünə karantinə bağlanıb. Bu isə işçilər arasında narazılıq yaradıb. Çünki müəssisənin fəaliyyətinin dayandırılması maaşların dondurulması və onların sosial vəziyyətlərinin ağırlaşması deməkdir. Paşinyan durumun vahiməli olduğun həm də onunla izah edib ki, ölkədə hələ test edilməyən xeyli virusa yoluxan var və ən böyük təhlükə mənbəyi onlardır.

Paşinyan insanları qaydalara riayət etməyə çağırarkən özü virusa yoluxub və ermənilər üçün pis nümunəyə çevrilib. Paşinyan virusa yoluxmasını ona su gətirən hansısa xidmətçisinin boynuna atsa da, Ermənistanda buna inanan azdır. Viruslu Paşinyanın Ermənistanın hazırki ağır vəziyyətində işğal altındakı Şuşaya gəlişi, orda heç bir sosial məsafə gözləmədən maskasız şəkildə qonaqlarla süfrə arxasında şadyanalıq etməsi Ermənistanda müzakirə predmetidir. Baş nazirin özü qaydalara riayət etməyibsə və virusa yoluxubsa, onun "qaydalara riayət edin” çağırışını ölkəsində kimsə eşidərmi?”.

Politoloq bildirib ki, Ermənistan Avropadan ciddi zərbə alıb, belə ki, Avropa İttifaqı Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib: "Bunun səbəbi sadədir. Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Ölkənin maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil.

Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Ermənistan və əks istiqamətə yalnız inkişaf etmiş dövlətlərin aviaşirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilərlər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorumaq qərarını verə bilər. Strateji tərəfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorunmaq məcburiyyətindədirlər. Belə vəziyyətdə Ermənistana aid "Aircompany Armenia”, "Armenia Airways”, "Armenian Helicopters”, "Atlantis Armenian Airlines”, Atlantis European Airways”, "Mars Avia” и "Skyball” şirkətlərini müflisləşmə gözləyir”. 


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031