Dünya

Poroşenko Fransa tətilinə 700 mindən çox xərcləyib

Poroşenko Fransa tətilinə 700 mindən çox xərcləyib

"Avropa Həmrəyliyi” partiyasının lideri və Ukraynanın sabiq Prezidenti Petro Poroşenko bu il Fransadakı tətilinə külli miqdarda pul xərcləyib.

Sfera.az-ın "strana.ua” portalına istinadən xəbərinə görə, Avropada tətil siyasətçiyə 712,038 qrivnaya (təxminən 50 000 AZN) başa gəlib. Bu, dövlət funksiyalarını yerinə yetirmək səlahiyyətinə malik şəxslərin vahid bəyannamələrin reyestrində dərc olunan məlumatlardan məlum olub.

Belə ki, Poroşenko 2020-ci ildə Fransada turizm xidmətlərinə 514 621 qrivna (təxminən 36 000 AZN) və 197 417 qrivna (təxminən 14 000 AZN) sərf edib.

Xatırladaq ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (MAB) Poroşenkoya qarşı ondan çox cinayət işi açıb. Siyasətçi "Dövlət vəsaitinin mənimsənməsi” və "Çirkli pulların yuyulması”nda günahkar bilinir.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930