Sİyasət

Prezident: "Bizim müasir silahlarımız var və onları döyüş meydanında nümayiş etdiririk"

Prezident:
 "Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var".

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanın BMT-nin kasetli silahları haqqında konvensiyasını niyə imzalamadığına dair suala cavabında bildirib.

Dövlət başçısı deyib: "Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031