Cəmİyyət

Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı

Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
 

Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Sfera.az xəbər verir ki, fərmana əsasən,  "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də əksini tapıb. 

Dəyişikliyə əsasən, nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin təmin olunması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması nəticələrinin reyestrini aparmaq;

-  strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq.

Eyni zamanda İqtisadiyyat nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edəcək.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930