Cəmİyyət

Prezidentin fransız aparıcıya cavabı Türkiyədə manşet oldu - VİDEO

Prezidentin fransız aparıcıya cavabı Türkiyədə manşet oldu - VİDEO
Prezident İlham Əliyevin oktyabrın 14-də "France 24” televiziya kanalına müsahibəsi Türkiyə mətbuatında da geniş işıqlandırılıb.

Prezidentin jurnalistin "Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?”, - sualına gülərək "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır”, - deyə cavab verdiyi kadrlar Türkiyə mediasında "Fransız aparıcının dronla bağlı sualı Əliyevi güldürdü” başlığı ilə manşet olub.
 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031