AKTUAL

Prezidentin köməkçisi müğənnilərin etirazlarından - DANIŞDI

Prezidentin köməkçisi müğənnilərin etirazlarından - DANIŞDI
 
"Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq".

Sfera.az-ın  verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir:

"Toyların keçirilməsi hər bir baxımdan yaxşı olardı. Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Bu gəlirləri kənara qoyaraq insanların sağlamlığı önə keçir. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur".

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930