Cəmİyyət

Prezidentin köməkçisi vətəndaşlara MÜRACİƏT ETDİ

Prezidentin köməkçisi vətəndaşlara MÜRACİƏT ETDİ
 "Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar”.

Sfera.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”, o bildirib.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31