No Image
No Image

‘Pul verib vəzifəyə gələn ya dövlətdən oğurlayacaq ya da insanlardan’ – Prezident

‘Pul verib vəzifəyə gələn ya dövlətdən oğurlayacaq ya da insanlardan’ – Prezident
 "Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm”.

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı mövqe birmənalıdır: "Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük”.

Prezidentin sözlərinə görə, sadalanan bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır: "Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir

 Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az "koronavirusinfo.az” saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəm...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər ...

SON DƏQİQƏ! Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

 Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sfera.az-...

SON DƏQİQƏ! İTV-nin iki əməkdaşı koronavirusa yoluxub

 İctimai Televiziya və Radio Yayımları Şirkətinin yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb. Sfera.az ...

Azərbaycanda komendant saatı tətbiq edilə bilər? - VİDEO

 Epidemoloji vəziyyət nəzarətdən çıxarsa, vətəndaş məsuliyyətsizliyinin qarşısının alınması, itkilərin azaldıması üçün komendant saatının tətbiqi mütləqdir...

Həftəsonu qadağaların əsas səbəbi açıqlandı - RƏSMİ

 "Ciddi sərtləşdirilmiş karantin tədbirləri ya davamlı, ya da aralıqlı tətbiq edilə bilər". Sfera.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Səh...