Dünya

PUTİN ƏRDOĞANI BELƏ AŞAĞILAYIB: Dəhlizdə gözləmə anının VİDEOSU

PUTİN ƏRDOĞANI BELƏ AŞAĞILAYIB: Dəhlizdə gözləmə anının VİDEOSU

Rusiyanın dövlət telekanalı "Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.

Telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. V. Putinlə aparılan danışıqlar nəticəsində İdlibdə atəşkəs qərara alınıb.

"Rossiya-1” telekanalının hazırladığı həmin reportajı təqdim edirik: (yeniavaz.com)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930