Dünya

Putin növbəti seçkilərdə namizədliyini verəcəyini istisna etmir

Putin növbəti seçkilərdə namizədliyini verəcəyini istisna etmir

Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edəcək.

Sfera.az xəbər verir ki, bu barədə o, Dövlət Dumasında Konstitusiyaya düzəlişlərlə bağlı çıxışı zamanı deyib.

Rusiya lideri həmçinin bildirib ki, Konstitusiya məhkəməsinin qanunvericiliyə zidd hesab etmədiyi və müvafiq qərarı təsdiqlədiyi təqdirdə düzəliş mümkündür.

 

Eyni zamanda, prezident vurğulayıb ki, bundan əvvəl Rusiya vətəndaşları düzəlişlərin qəbulu ilə bağlı fikirlərini bildirməlidirlər.

Daha öncə Putin prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılması fikrini dəstəkləmədiyini demişdi.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının deputatı, dünyada ilk kosmonavt qadın Valentina Tereşkova Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildikdən sonra prezidentlik müddətinin sayına limitin ləğv edilməsi ilə bağlı təklif irəli sürüb.

(oxu.az)

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930