Dünya

Putin Sovet Konstitusiyasındakı "zaman bombası" haqda danışdı

Putin Sovet Konstitusiyasındakı

Rusiya Prezidenti Vladimir Putin bildirib ki,Sovet Konstitusiyasında respublikaların SSRİ-ni tərk etmək hüququ haqqında "zaman bombası" vardı.


Sfera.az-ın məlumatına görə, dövlət başçısı "Rusiya 1" telekanalının efirində Rusiyanın belə şeylərdən çəkinməli olduğunu bildirib.


Onun sözlərinə görə, bu "Leninçi tezis" hələ 1922-ci ildə, Sovet İttifaqı yarandığı dövrdə qoyulub.


"Mən tam əminəm ki, mövcud konstitusiyaya düzəlişlər qəbul etməklə doğru iş görürük. Bu düzəlişlər dövlətçiliyimizi möhkəmləndirəcək, ölkəmizin gələcək onilliklər boyu mütərəqqi inkişafı üçün şərait yaradacaq ",- deyə Putin vurğulayıb.


Qeyd edək ki, iyulun 4-də Rusiyada xalq səsverməsi ilə düzəliş edilən, yenilənən Konstitusiya qüvvəyə mindi. Rusların əksəriyyəti, səs verənlərin 77,92 faizi, düzəlişləri dəstəklədi.

 

Dəyişikliklər arasında Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərindəki üstünlüyü, dövlətin ildə ən azı bir dəfə pensiyaları indeksləşdirmə öhdəliyi, Tanrı və dövlət quran rus xalqından bəhs edən düzəlişlər, həmçinin hazırkı prezidentin növbəti müddətə yenidən seçilmək hüququ da var.

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31