Sİyasət

Putindən azərbaycanlılarla bağlı MÜHÜM TAPŞIRIQ: 31 mayadək...

Putindən azərbaycanlılarla bağlı MÜHÜM TAPŞIRIQ: 31 mayadək...
 Rusiya Prezidenti Vladimir Putin  Rusiyanın müvafiq orqanlarına 31 maya qədər operativ olaraq Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb. 

Sfera.az xəbər verir, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb. 

V.Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.

V. Putinə bu məsələ ilə bağlı 31 may 2020-ci ilə qədər hesabat təqdim edilməlidir. (apa.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X