Dünya

Putindən qorxunc koronavirus açıqlaması: “HƏLƏ PİK HƏDDİNƏ ÇATMAYIB...”

Putindən qorxunc koronavirus açıqlaması: “HƏLƏ PİK HƏDDİNƏ ÇATMAYIB...”

"Koronavirus epidemiyası hələ özünün pik nöqtəsinə çatmayıb”.


Sfera.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. Dövlət başçısı həmçinin digər ölkələrin səhvlərindən ibrət götürməyin vacibliyini də vurğulayıb.


"Biz digər ölkələrin istər pozitiv, istərsə də neqativ təcrübəsini nəzərə alaraq, vəziyyəti çox diqqətlə izləyirik. İndi elmi ictimaiyyətin mövqeyinə əsaslanaraq, başqalarının səhvlərindən qaçmaq , onlardan ibrət götürmək, nəticə çıxarmaq son dərəcə vacibdir.”

 

 

Bu fikri Rusiya lideri, görüntüləri "Rossiya 24" telekanalında nümayiş olunan infeksiyanın yayılması ilə mübarizənin müzakirəsinə həsr olunan iclasda söyləyib.

Qeyd edək ki, hazırda Rusiyada 7497 koronaviruslu xəstə var, bu günədək yoluxanların 494 nəfəri sağalıb, 58-i dünyasını dəyişib. 795 mindən çox test keçirilib. Əksər bölgələrdə fövqəladə hazırlıq vəziyyəti rejimi hökm sürür, vətəndaşlara evdə qalmaları tövsiyyə olunur, əksər iş yerləri rəsmən bağlanıb, digər dövlətlərlə hava və dəmir yolu əlaqələri dayandırılıb.


Xatırladaq ki, mart ayının əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı Çinin Uhan şəhərindən bütün dünyaya yayılan SARS-CoV-2 virusunun pandemiyasını elan edib. Bu günədək 1.21 milyondan çox insan sözügedən virusa yoluxub, təxminən 67.6 min koronaviruslu xəstə dünyasını dəyişib.

 

 

Sfera.az

Selcan

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031