Cəmİyyət

Qadın geoloq: “Geologiya romantikadır” - VİDEO - FOTO

Qadın geoloq: “Geologiya romantikadır” - VİDEO - FOTO
 Ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir. Məlumata görə, ümumi təhsil müəssisələrində müəllimlərin 80,7, orta ixtisas təhsil müəssisələrində 78,9, ali təhsil müəssisələrində 54,7, həkimlərin isə 66 faizi qadınlardır.

Sfera.az xəbər verir ki, Zaiqə Əlizadə isə qadınların nisbətən az çalışdığı sahədə işləyir.

38 ildir neft sənayesində çalışan Zaiqə Əlizadə köməkçi fəhlədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

1982-ci ildə "Bulla" Dəniz Kəşfiyyat Qazma İdarəsində köməkçi fəhlə kimi karyerasına başlayan müsahibimiz daha sonra texnik, mühəndis, geoloq işləyib, 2003-cu ildən isə baş idarədə çalışır və hazırda SOCAR-ın "Azneft” İstehsalat Birliyinin Geoloji fond şöbəsinin rəisidir.

Onun çalışdığı "Azneft” İstehsalat Birliyində hazırda 1 540 nəfər qadın işləyir.

Zaiqə Əlizadənin geologiyaya həvəsi bu sahə üzrə elmi işçi olan dayısının sayəsində uşaqlıqdan yaranıb. O, ailədə tək geoloq xanım deyil, bacısı və qızı da bu sahəni sevənlərdəndir. Müsahibimizin bacısı xarici şirkətdə elmi dərəcəli geoloq olaraq çalışır, qızı isə hazırda Taras Şevçenko adına Kiyev Milli Universitetində geologiya üzrə magistr təhsili alır.

Zaiqə Əlizadə geologiyanı romantika hesab edir. O deyir ki, bu romantika həm qadınlara, həm də kişilərə bu sahədə çalışmağa kömək edir.

Geologiyaya böyük sevgisi olan Zaiqə Əlizadə bu peşəni seçdiyinə əsla peşman deyil: "Bu peşəni çox sevirəm. Geologiya çox maraqlı sahədir. Geoloq olduğum üçün doğrudan da xoşbəxtəm. Bu sahədə həm də çox gözəl insanlar, şəxsiyyətlər tanımışam, onlardan çox şey öyrənmişəm”.

O, gənclərə də işdən qorxmamağı, seçdikləri sənətə dərindən yiyələnməyi tövsiyə edir. (report)


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930