Krİmİnal

Qadınlar gözəl göründüklərinə görə döyüldülər - FOTO

Qadınlar gözəl göründüklərinə görə döyüldülər - FOTO

Xarici görünüşləri və geyimləri həsəd yaradan ana ilə qızı qəddarcasına döyülüb.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Məlumata görə, hadisə Böyük Britaniyanın Qərbi Susseks qraflığında baş verib.

 

Bildirilir ki, 44 yaşlı Liza Holl 23 yaşlı qızı Holli ilə hər zaman getdiyi kafedə istirahət edirmiş. Bir müddət sonra Liza qızının tanımadığı qadınlarla söhbət etdiyini görüb. Bundan sonra Holli qızların onları gecə klubuna dəvət etdiyini bildirib. Britaniyalı qadın özü imtina etsə də, qızını və yeni tanışlarını ora ötürməyə razılıq verib.

Onlar yolla gedərkən qadınlardan biri geri dönüb və qəfildən onları söyüb, sonra isə hücum edib. Dava başlayıb. Ana və qızı özlərindən gedənə qədər döyülüblər.

Nəticədə, Liza ayağından aldığı travmalara görə altı saatlıq əməliyyat olunmalı olub. Holli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanada yatır.

Müşahidə kameralarının köməyilə polislər hücumçuları müəyyənləşdiriblər. Onlar 22 yaşlı Zouri Li və 47 yaşlı anası Coana olub. 

Məhkəmə artıq onları beş il müddətinə azadlıqdan məhrum edib. Qadınlar etdikləri əməldən peşman olmadıqlarını bildiriblər.

Liza hesab edir ki, onlar gözəl xarici görünüşləri və dəbli geyimlərinə həsəd aparıldığı üçün hücuma məruz qalıblar. (oxu.az)

 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031