İdman

“Qalatasaray” uduzdu

“Qalatasaray” uduzdu
Türkiyə Super Liqasında V tura yekun vurulub.
 
Sfera.az xəbər verir ki, son gündə 2 oyun keçirilib.

Son vaxtlar qeyri-stabil nəticələr göstərən və avrokuboklarla erkən vidalaşan "Qalatasaray” lider "Alanyaspor”u qəbul edib. İlk hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. Fasilə ərəfəsində Oqenekaro Etebo qırmızı vərəqə alıb. İkinci hissəni azlıqda keçirən "cim-bom” əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə qol buraxaraq, məğlub olub.
 
Bu qarşılaşmada "Qalatasaray” rəhbərliyi Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq tribunalarda müxtəlif pankartlar açaraq, Azərbaycana dəstəyini nümayiş etdirib.
 
Autsayderlər zonasında qərarlaşan "Gənclərbirliyi” ilə "Dənizlispor”un duelində isə ikincilər cari mövsümdə ilk qalibiyyətlərini qazanıblar.
 
Qeyd edək ki, Super Liqanın VI turuna oktyabrın 23-də start veriləcək.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30