İdman

Qalmaqallı hakim faciəli şəkildə öldü

Qalmaqallı hakim faciəli şəkildə öldü
 

İtaliyalı futbol hakimi Antonio Martinyello qatarın təkərləri altına düşərək faciəli şəkildə həlak olub.

Sfera.az xəbər verir  ki, hadisə İtaliyanın şərqindəki Porto-Potensa-Piçena adlı kənddə baş verib. Martinyello keçmiş sevgilisini təqib etmək ittihamına görə ev həbsində olub. O, elektron qolbağı taxmalı olduğu halda, qaydanı pozub.

Polis dərhal hadisə yerinə gələrək hakimi tutmağa çalışıb. Amma o, evdən qaçmağı bacarıb. Sonra isə bədbəxt hadisə yaşanıb.

Qeyd edək ki, ötən ay adıçəkilən referi Regionlar liqasının matçında qapıçını kəllə ilə vurduğu üçün futboldan uzaqlaşdırılmışdı.
(qol.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930