Sİyasət

Qanun təsdiqləndi - Bu məlumatlar yeni qaydalar əsasında veriləcək

Qanun təsdiqləndi - Bu məlumatlar yeni qaydalar əsasında veriləcək
 Prezident İlham Əliyev "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilir və aşağıdakı məzmunda on ikinci hissə əlavə olunur:

"İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.”.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031