İdman

"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

 

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib. 

Sfear.az xəbər verir ki,  Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında qarşılaşmanın böyük ehtimalla avqustun 18-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib. Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb.  

 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək. 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930