“Qarabağı mütləq qaytaracağıq...” – Mehriban Əliyeva

“Qarabağı mütləq qaytaracağıq...” – Mehriban Əliyeva

"Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır”.


Sfera.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial şəbəkə hesabında yazıb.


Mehriban Əliyeva fikirlərini Azərbaycanın əsgər və zabitlərinə ünvanladığı xoş sözlərlə davam etdirib:


"Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq! Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!”



XƏBƏR LENTİ

«    İyun 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930