İdman

“Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir

“Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir
 Şimali Makedoniya çempionatında II tura start verilib.

Sfera.az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olacaq "Sileks” növbəti görüşünü keçirib.

Kratovo təmsilçisi doğma meydanda "Pelister”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
 
Bu nəticədən sonra xallarını 4-ə yüksəldən "Sileks” hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik "Pelister” isə 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Sileks” oyunu saat 20:00-da başlayacaq.

Bu cütün qalibi II raundda "Şerif” (Moldova) – "Fola Eş” duelinin güclüsü ilə qarşılaşacaq.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930