İdman

“Qarabağ”ın futbolçusu yığmaya çağırılıb

“Qarabağ”ın futbolçusu yığmaya çağırılıb
 

Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.

Sfera.az bildirir ki, yığmanın yeni baş məşqçisi Georgi Dermenciyev ilk dəfə açıqlayacağı heyətdə yer verəcəyi legionerləri müəyyənləşdirib.

O, AVRO-2020-nin seçmə mərhələsinin noyabrın 17-də Çexiya ilə keçiriləcək qarşılaşmasında ölkə xaricində çıxış edən 8 futbolçuya dəvət göndərib. S.Slavçev də bu oyunçular sırasına daxil edilib.

 

Heyətə daxil ediləcək digər futbolçular noyabrın əvvəlində açıqlanacaq. Keçirdiyi 7 oyunda 3 xal toplamaqla A qrupunda sonuncu pillədə yer alan Bolqarıstan Çexiya ilə Sofiyada qarşılaşacaq.

Qeyd edək ki, S.Slavçev yığmada 24 oyun keçirib.

 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930