İdman

“Qarabağ”ın keçmiş futbolçusu Gürcüstan klubunda – FOTO

“Qarabağ”ın keçmiş futbolçusu Gürcüstan klubunda – FOTO
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Gürcüstanda davam etdirəcək.

Sfera.az xəbər verir ki, brazilyalı yarımmüdafiəçi "Dimano" ilə anlaşıb. Müqavilənin detalları haqqında ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam klubunun formasını geyinib. O, ötən il qış transfer dönəmində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna qədər komandada çıxış edib. Lakin əvvəlki performansını sərgiləyə bilməyən 30 yaşlı oyunçu ilə yollar ayrılıb.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930