Sİyasət

Qazaxıstan XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

Qazaxıstan XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb
"Qazaxıstan Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından dərin narahatlıq hissi keçirir".

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Dost Azərbaycan Respublikası və Ermənistan Respublikasını vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağırırıq.

Beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həll olunmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) hazırkı sədri olaraq müşavirənin mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik", - XİN-in bəyanatında bildirilib. 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031