Dünya

Qazaxıstanda 10 nəfərin öldüyü kütləvi iğtişaşın təfərrüatı bilindi

Qazaxıstanda 10 nəfərin öldüyü kütləvi iğtişaşın təfərrüatı bilindi
Qazaxıstanın Cambul vilayətindəki iğtişaşların səbəbi yolda baş verən adi bir münaqişə olub.

Sfera.az
xəbər verir ki, bu haqda məlumatı ölkənin daxili işlər nazirinin müavini Aleksey Qalayçidi deyib. O qeyd edib ki, yol qəzasından sonra bəzi təxribatçılar sosial şəbəkələrdə insanları küçələrə çıxarmağa başlayıblar.


Bir avtomobildə gedənlər o biri avtomobilə yol verməyib, nəticədə məsələ əlbəyaxa davayla nəticələnib. Bundan sonra hadisə yerinə polis gəlib və hadisəni lokallaşdırıb. Ancaq daha sonra hadisə sosial şəbəkələrdə paylaşılıb və və insanlar təsirə düşərək toplaşmağa başlayıb.


Fevralın 7-də baş verən atışmalar zamanı təxribatçılar münaqişəni videoya çəkərək internetdə yayıb. Qarşıdurma yerinə üç qonşu rayondan polis göndərilib. Ancaq münaqişənin qarşısını almaq mümkün olmayıb və getdikcə daha da böyüyüb. Hadisələr qorxunc hal alıb daha iki kəndə yayılandan sonra oraya Milli Qvardiya və polis çağırılıb. Yalnız bundan sonra zorakılığı lokallaşdırmaq mümkün olub. 

Onlarla maşın və ev yandırılıb. Qurbanların sayı 10-a çatıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031