İdman

"Qəbələ" albaniyalı futbolçunu transfer etdi

 Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən "Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sfera.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib.

28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında "Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.

Bunadək arxa xətt oyunçusu "İliriya” (2014-2015), "Erzeni” (2015-2016, 2017-2018), "Beseldja” (2016), "Şenkoli” (2017) və "Tirana” (2019-2020) klublarında forma geyinib.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031