İdman

"Qəbələ"nin baş məşqçisi: "Bura 3 xal dalınca gəlmişdik"

"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevindirəcək. Torpaqlarımız işğaldan azad olacaq".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Hər iki komanda hücum futbolu sərgilədi. Komandamdan məmnunam. İstədiyimi meydanda yerinə yetirirlər".

Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hücum futbolu sərgiləmək istəyirlər: "Bura 3 xal dalınca gəlmişdik. Amma futbolçuların əməyini qiymətləndirməliyik".

Baxşıyev hakimlikdən də danışıb: "Məncə, normal idarəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdir".

Baş məşqçi xal itkisinin yorğunluqla bağlı olmadığını deyib: "Neftçi" tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq".

Baxşıyev yenidən komandaya qayıdan Ceyms Adeniyinin çıxışını da dəyərləndiorib: "Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudur. Ona güvənirik" ///report

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031