No Image
No Image

Qənirə Paşayeva həftəlik hesabat verdi

Qənirə Paşayeva həftəlik hesabat verdi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gün içində yüzdən çox vətəndaşımızı onlayn şəkildə qəbul edərək, görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra təşkilatlarla, mərkəzi icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb.

Sfera.az xəbər verir ki, bununla bərabər, Qənirə Paşayevanın köməkçisi tərəfindən də əllidən çox müraciət dinlənilib.

Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi artıq öz müsbət həllini tapıb.

Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, eləcə də su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Q.Paşayeva həmçinin şəhid ailələri, yaralı hərbçilərimiz, qazilərimizlə də telefon əlaqəsi saxlayıb, onlara təşəkkür edib və mənəvi dəstək olub.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Brayzadan önəmli mesajlar: ABŞ heç vaxt Qarabağı...

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin ...

Anar Kərimov Fransanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüş...

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub. Sfera.az-ın məlumatına görə, fevralın 1-də keçiriləcək iclasın gündəliyə 19 məsələ dax...

Azərbaycan XİN Latviyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanı müstəqilliyinin tanınmasının 100 illik yubileyi münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, bu barədə X...

Zərif Paşinyanla görüşdə: “İran Qarabağ məsələsində ərazi bütövlüyünün tərəfdarıdır”

"Rəsmi Tehran Qarabağ məsələsində beynəlxalq hüquq, milli azlıqların haqlarının gözlənilməsi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır”. Sfera.az xə...